Logo
news content
User
Kateqoriyalar

Xəbər

Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru Roman Qofman İdlib əyalətindəki Əbu Duhur aerodromuna endirilən zərbədən sonra Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.

Bu barədə “Ynet” portalı mənbəyə istinadən məlumat verib.

“Ynet” görüşün təfərrüatları ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, bu ilin avqust ayının 18-də İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbində, İdlib vilayətində yerləşən Əbu Duhur aerodromuna bir neçə zərbə endirib. Zərbələr maddi ziyana səbəb olub. “Reuters“in məlumatına görə, uçuş-enmə zolağı və anbarlar hədəfə alınıb.