Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sumqayıt"ın futbolçusu 5 oyunluq diskvalifikasiya edilib, baş məşqçi cərimələnib

“Sumqayıt”ın futbolçusu Murad Xaçayevin cəzası müəyyənləşib.

AFFA İntizam Komitəsi milli komandamızın yarımmüdafiəçisi ilə bağlı qərarını açıqlayıb.

Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”la (0:3) qarşılaşmanın 12-ci dəqiqəsində hakimə qarşı təcavüzkar davranış səbəbilə qırmızı vərəqə alan 23 yaşlı orta sahə oyunçusu 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Klub isə 4000 manat məbləğində cərimələnib.

Həmçinin qarşılaşmadan sonrakı mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün “kimyaçılar”a əlavə 1600 manat cərimə tətbiq olunub.