Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şükufə Yusupovanın xəsarət aldığı qəzanın təfərrüatı məlum oldu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dünən saat 18:00 radələrində Səbail rayonun Həsən Seyidbəyli küçəsində Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.