SEPAH Hörmüzdə ABŞ ordusunun sualtı qurğusunu ələ keçirdiyini deyir, CENTCOM təkzib edir
28 Sentyabr 2026
Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib.
"Tasnim" agentliyi xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
"HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu sualtı pilotsuz qurğu daha əvvəl ələ keçirilən "Remus 600" aparatının bir növüdür və hazırda onun məlumatlarının bərpa edilməsi məqsədilə mütəxəssislərinin ixtiyarına verilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirməsi barədə açıqlamasını təkzib edib.
Bu barədə CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins “Al Jazeera“ telekanalına bildirib.
“Biz istismarda olan bütün pilotsuz aparatlarımızı etibarlı şəkildə nəzarətdə saxlayırıq”, – o deyib.
CENTCOM nümayəndəsi İran tərəfinin iddiasını “açıq-aşkar çarəsizliyin təzahürü” adlandırıb.