Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH: ABŞ ordusu İordaniyada gizlənməyə məcbur olub

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti iddia edir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını (CENTCOM) itkilərə məruz qoyub və geri çəkilməyə məcbur edib.

IRIB xəbər verir ki, SEPAH Amerikanın hərbi kontingentini İordaniyaya köçürülməsinin də xilas yolu olmadığını xatırladıb, çünki həmin ölkədəki bazalar da dəfələrlə atəşə tutulub.

"İran İslam Respublikası Silahlı Qüvvələrinin təşəbbüsləri meydan tənliyini dəyişdirib; baza, uçuş zolağı, anqar, uçuş aparatı və quruda, suda olan hər şeyi, o cümlədən Amerika gəmilərini davamlı və fasiləsiz zərbələrə məruz qoyub", - SEPAH-ın bəyanatında vurğulanıb.

Qeyd olunub ki, İranın "ikiqat atəş" strategiyası Amerikanın qüvvə və texnikanı artırmaq məntiqini bir ziddiyyətlə üz-üzə qoyub:

"İştirakın artması, daha çox hədəf və daha yüksək itkilər yaradır. Həmçinin Amerika Hərbi Dəniz Qüvvələrinə endirilən zərbələr, İordaniyada verilən itkilər, sarsıdıcı cavablardan sonra üzən vasitələrin dağıdılması, həssaslıq, pilotsuz texnikaların məhv edilməsi və qənimət götürülməsi, İranın əlçatan hədəflərinin artması Amerikanı dağınıqlığa, gizlənməyə və "minimum iştirak"a doğru sürükləyib".