"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
25 Avqust 2026
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2
Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.
Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.