Rutte: NATO ölkələri Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdır
25 Sentyabr 2026
NATO-nun Baş katibi Mark Rutte Ukraynaya sülh razılaşmasından sonra təhlükəsizlik zəmanətlərinin verilməsinə alyans ölkələrinin hazır olduğunu bildirib.
Rutte bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə Nyu-Yorkda keçirilən görüşdən sonra deyib.
Onun sözlərinə görə, mümkün sülh razılaşmasının əldə olunacağı təqdirdə, təhlükəsizlik zəmanətlərində iştirak edən bütün tərəflər “kimin nəyə görə məsuliyyət daşıdığını” aydın şəkildə biləcəklər.