Rusiyanın iyulun 6-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 22-yə çatıb
07 İyul 2026
İyulun 5-dən 6-na keçən gecə Rusiyanın Kiyevə endirdiyi raket və dron zərbələri nəticəsində ölənlərin sayı 22-yə çatıb, 85 nəfərin isə yaralandığı məlum olub.
“Associated Press”in verdiyi məlumata görə, bu barədə Ukraynanın təcili yardım xidmətindən bildirilib.
Daha əvvəl 15 nəfərin öldüyü və 56 nəfərin xəsarət aldığı bildirilmişdi.
Qeyd edək ki, bu, iyulun əvvəlindən Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi ikinci kütləvi zərbə idi. İyulun 2-də endirilən zərbə nəticəsində Kiyevdə 31 nəfər həlak olub.