Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan Ermənistana qaz tədarükü bərpa edilib

Rusiyadan Ermənistana təbii qaz tədarükü bu gün bərpa olunub.

Bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.

"Sentyabrın 25-dən Şimali Qafqaz - Zaqafqaziya magistral qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü bərpa edilib. Qazın nəqli Rusiya ərazisində qeyd olunan qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti olaraq dayandırılmışdı", - məlumatda bildirilir.