Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldo dünya çempionatlarında son oyununu keçirib

Kriştianu Ronaldo futbol üzrə dünya çempionatlarında son oyununu keçirib.

41 yaşlı hücumçunun dünya çempionatlarında yekun oyunu Portuqaliya yığmasının İspaniya komandasına 0:1 hesabı ilə uduzduğu 1/8 final matçı olub.

İspanlarla görüşdən əvvəl Ronaldo 2026-cı il dünya çempionatının onun üçün sonuncu olacağını bildirib. Bununla yanaşı, o, milli komandada gələcək çıxışı ilə bağlı məsələni açıq saxlayıb.

Qeyd edək ki, karyerası ərzində portuqaliyalı dünya çempionatlarında 27 oyun keçirib ki, bu da hesabında 30 oyun olan Lionel Messidən sonra turnir tarixində ikinci nəticədir. Ronaldo dünya çempionatlarında 11 qol vurub.

Hücumçunun dünya çempionatlarında ən yaxşı nailiyyəti 2006-cı ildəki dördüncü yer olub.