Robert Koçaryanın oğlu Sedrak Koçaryan iki aylıq həbs edilib
26 Avqust 2026
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan iki aylıq müddətə həbs edilib.
"Report"un News.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlayıb.
Onun sözlərinə görə, Sedrak Koçaryanın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.