Rezai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik
28 Avqust 2026
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.
Görüş zamanı Rezai ABŞ-a etimad etmədiklərini və Vaşinqtonun dəfələrlə diplomatiyaya və danışıqlara xəyanət etdiyini bildirib.
“ABŞ İrana qarşı hər hansı təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, tarixə düşəcək”, – deyə Rezai xəbərdarlıq edib.
O əlavə edib ki, ABŞ ilk növbədə İranın şərtlərinin yerinə yetirilməsi istiqamətində praktiki addımlar atmalıdır.
“Bundan sonra İran Hörmüz boğazının açılması ilə bağlı addım atacaq”, – deyə Rezai qeyd edib.
Qətərin Baş naziri isə İranın çətin şəraitdə göstərdiyi yardımlara görə təşəkkür edib və ölkəsinin İranla əməkdaşlığa daim hazır olduğunu bildirib.