Qazaxıstanda parlament seçkilərində "Ədilet" partiyası böyük üstünlüklə qalib gəlib
25 Avqust 2026
Qazaxıstan Qurultayına keçirilən seçkilərdən sonra hakim "Ədilet" partiyası 145 yerdən 110-nu əldə edib.
Bu barədə Qazaxıstan mediası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirova istinadən məlumat yayıb.
Bundan başqa, "Auıl", Respublica, "Ak jol" və Ümummilli Sosial Demokrat Partiyası (ÜSDP) da parlamentə keçmək üçün tələb olunan 5 faizlik həddi keçib.
Qurultaya keçirilən seçkilərdə vətəndaşların 74,08 %-i iştirak edib.