Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədarmatəm elan edilib
25 Sentyabr 2026
Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.
Müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Qərar Xəzər dənizi sahilində təlim-döyüş tapşırığını yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar qəbul olunub.
Bu gün Manqistau vilayətində təlimlər zamanı havanın kəskin pisləşməsi səbəbindən 19 hərbi qulluqçunu dənizdə axın aparıb. Qazaxıstan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, 9 hərbi qulluqçu həlak olub, üç nəfər xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiyaya hərbi qulluqçuların həlak olmasının səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə yardım göstərmək tapşırılıb.