Qazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE-nin prezidenti seçilib
26 Sentyabr 2026
Qazaxıstan Şahmat Federasiyasının rəhbəri Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti seçilib.
Bu barədə “İnterfaks” xəbər verir.
T.Turlov FIDE-nin Səmərqənddə keçirilən Baş Assambleyasında qurumun rəhbəri seçilib.
Qeyd edək ki, FIDE-yə 2018-ci ildən Arkadi Dvorkoviç rəhbərlik edirdi. A.Dvorkoviç 2026-cı ildəki seçkilərdə yenidən seçilməyə hazırlaşırdı, lakin o, iyulun 21-də Avropa İttifaqının 21-ci sanksiyalar paketinə daxil edildi. Bundan sonra Dvorkoviç FIDE rəhbərinin vəzifələrini müvəqqəti icra etməyi dayandırıb və seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.