Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

İrana hücum edən ABŞ və İsrail cəzalandırılacaq.

IRIB xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

"İran İslam Respublikasının ərazisinə təcavüz edənlər və millətin liderinin (Əli Xamenei) qatilləri öz əməllərinə görə cəzalandırılacaqlar", - Qalibaf bildirib.

İranın hazırkı Ali rəhbərinin (Müctəba Xamenei) hərbi müşaviri Möhsün Rezai də "X" sosial şəbəkə hesabında ABŞ və İsraildən qisas alınacağına eyham vurub.