Qalibaf ABŞ-ın maliyyə təzyiqi hədələrinə inanmır
25 Avqust 2026
İran ABŞ-nin maliyyə təzyiqləri ilə bağlı hədələrinə inanmır.
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.
"Amerikalılar bilirlər ki, heç kim onların lovğalıqlarına inanmır; Amerika iqtisadi baxımdan elə bir vəziyyətdə deyil ki, digər ölkələrlə münasibətlərini bundan da artıq məhdudlaşdırmaq istəsin", - o bildirib.
Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent Amerika administrasiyasının İrana qarşı "maliyyə hücumu"na keçdiyini bildirib. "İndi biz endşpilə (oyunun son və həlledici mərhələsi, şahmat termini - red.) daxil oluruq. Sübhdən iqtisadi "D Günü" - düşmənə qarşı indiyədək həyata keçirilmiş tarixdəki ən böyük maliyyə hücumu başlayır", - Bessent deyib.