Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin MKİ direktoru Retklifflə görüşməyəcək

“Rusiya Prezidenti Vladimir Putinin qrafikində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifflə görüş yoxdur”.

Bunu “İnterfaks”a açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.

Putinlə Retkliff arasında görüşün olub-olmayacağı ilə bağlı suala cavab verən Peskov “Prezidentlə görüş olmayacaq” deyə vurğulayıb.

Xatırladaq ki, CIA direktoru Con Retkliffin Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gözlənilmədən səfər etdiyi məlum olub. Bununla belə, amerikalı rəsminin Rusiyada məhz kiminlə görüşəcəyi açıqlanmayıb.