Pezeşkian və Putin gələn həftə görüşəcəklər
26 Avqust 2026
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə görüşməyi planlaşdırırlar.
“Al Jazeera” xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Onun sözlərinə görə, iki prezidentin görüşü avqustun 31-i Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçiriləcək.