Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir

İranın beynəlxalq arenadakı yanaşması sülhsevərdir.

“Tasnim” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Cənubi Koreya, Belarus, Çexiya, Qazaxıstan və Sinqapurun İslam Respublikasına təyin olunan yeni səfirləri ilə görüşdə deyib.

"İranın beynəlxalq arenadakı yanaşması həmişə sülhsevər və qarşılıqlı əməkdaşlıq yönümlü olub. Səfirlər bu yanaşmanı dünya xalqlarına düzgün şəkildə izah etməlidirlər", - o bildirib.

Pezeşkianın sözlərinə görə, heç bir ölkənin ifrat iddiaları təmin edilməyəcək, qarşılıqlı əlaqədə ortaq maraqlar diqqətə alınacaq.