Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir

İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.

Bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: "İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-yə etibar etmir".

"İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək", - Pezeşkian vurğulayıb.

Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.