Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi

ABŞ Silahlı Qüvvələrinin İranla münaqişə zamanı xəsarət alan və ya həyatını itirən hərbçilərinin ümumi sayı 776 nəfərə çatıb.

Bu barədə Pentaqonun rəsmi hesabatlarında bildirilir.

Avqustun 24-də sonuncu dəfə yenilənən statistikaya əsasən, ABŞ hakimiyyətinin mayın 5-də başa çatdığını elan etdiyi "Epik qəzəb" əməliyyatı zamanı 417 hərbçi xəsarət alıb, daha 14 hərbçi isə aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

İyulun 7-də ABŞ-nin yeni zərbələr seriyasına başlamasından sonra 341 hərbçi xəsarət alıb, daha dörd hərbçi isə həyatını itirib.

Beləliklə, İranla münaqişə zamanı ABŞ Silahlı Qüvvələrinin ümumi itkilərinin sayı 776 nəfərə çatıb.