Paşinyandan etiraf: Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə" qidalandırılır
25 Sentyabr 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanla sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyəni" qidalandıran "konfrontasiyalı ritorika"dan istifadə olunduğunu etiraf edib.
BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Ermənistan hökumətinin başçısı bəzən bu cür bəyanatların rəsmi səviyyədə səsləndirildiyini qeyd edib.
Çıxışında o, regionda kommunikasiyaların blokdan çıxarılması məsələsinə də toxunaraq bunun Ermənistandan keçməklə Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni də əhatə etməli olduğunu bildirib.
Regionda əlaqələrin bərpasından danışan Paşinyan həmçinin Türkiyədən Ermənistanla dəmir yolu əlaqəsinin açılmasını gözlədiyini qeyd edib.
Paşinyan İrəvanın Moskva ilə münasibətlərinə də toxunaraq bunun "transformasiya mərhələsində" olduğunu vurğulayıb.
"İndi, Azərbaycanla sülh bərqərar etdiyimiz bir vaxtda Ermənistan-Rusiya münasibətləri təbii olaraq dəyişəcək", – Ermənistanın Baş naziri bəyan edib.