Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb

Pakistanın şimal-qərbində, Dera-İsmayıl-Xan rayonunun Darazinda yaşayış məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu barədə "Dawn" qəzeti yazıb.

Son məlumatlara əsasən, hadisə nəticəsində 35-dən çox insan yaralanıb. Məlum olub ki, terrorçu partlayıcı maddələrlə yüklənmiş traktor qoşqusunu "Aman-Mela" polis nəzarət-buraxılış məntəqəsinə yönəldib.

Partlayış nəticəsində binanın və ona bitişik tikililərin əhəmiyyətli hissəsi dağılıb. Xilasetmə işləri hələ başa çatmayıb.

Nəşrin məlumatına görə, son aylarda Xeybər-Paxtunxva əyalətində terror fəaliyyətində artım müşahidə olunur. Belə ki, yalnız avqust ayında regionda 54 terror hücumu qeydə alınıb.

16:36

Dera-İsmayıl-Xandakı (Pakistan) terror aktına görə məsuliyyəti Pakistanın "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb.

Bu barədə "Al Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış partlayıcı ilə yüklənmiş avtomobildəki terrorçu-kamikadze tərəfindən törədilib.

Qeyd edilib ki, hadisə Pakistanın şimal-qərbindəki polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib.

Bildirilib ki, zərərçəkənlər ən yaxın xəstəxanaya çatdırılıb, bəzi yaralıların vəziyyəti ağırdır.

"Təhrik-i-Taliban Pakistan" Əfqanıstanın "Taliban" hərəkatından ayrı bir təşkilatdır, lakin onunla müttəfiqlik münasibətləri saxlayır.

15:34

Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində bu gün baş verən partlayış nəticəsində 11 nəfər ölüb və 30 nəfər yaralanıb.

Bu barədə "Al Arabia" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Hadisənin təfərrüatları hələ ki açıqlanmır.