Logo
news content
User
Kateqoriyalar

Xəbər

Netanyahu Trampı Türkiyəyə "F-35" qırıcılarını satmamağa çağırıb

İsrailin baş naziri Birləşmiş Ştatları Türkiyəyə "F-35" qırıcılarını satmamağa çağırıb.

"Bu, Yaxın Şərqdəki güclər balansını pozar", — Binyamin Netanyahu "Fox News" telekanalına müsahibəsində bildirib.

ABŞ prezidenti Donald Tramp bu gün NATO sammitində iştirak etmək üçün Ankaraya yola düşüb. Tərəflərin sammit çərçivəsində bu məsələni də müzakirə edəcəyi gözlənilir.

Son aylarda İsrail ilə Türkiyə arasında münasibətlər gərginləşib. Ankara Təl-Əvivi Qəzzada soyqırımı və hərbi cinayətlər törətməkdə ittiham edir.

İsrail hökuməti isə bir neçə həftə əvvəl buna cavab olaraq 1915-ci il qondarma erməni soyqırımını tanıyıb və müvafiq qanun layihəsini parlamentə göndərib.