Neftimizin qiyməti 121 dolları ötüb
24 Sentyabr 2026
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,69 ABŞ dolları və ya 3,13% artaraq 121,43 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 117,74 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.