Müctəba Xamenei Hörmüz boğazını qorumaq əzmində olduqlarını bildirib
29 Sentyabr 2026
İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir.
Bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün cəmiyyətin hər təbəqəsindən olan insanlar öz haqlı mövqelərini müdafiə etməkdə, o cümlədən Hörmüz boğazını qorumaq əzmində qətiyyətlə dayanırlar", - deyə o əlavə edib.
Xatırladaq ki, ABŞ nüvə sahəsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazırdır.