Logo
news content
User
Kateqoriyalar

Xəbər

Monako partlayışında şübhəli bilinən qadın Kiyev yaxınlığında ölü tapılıb

İyunun 6-da axşam saatlarında Kiyev yaxınlığında Ukrayna vətəndaşı Anastasiya Berezovskanın basdırılmış meyiti aşkar edilib. O, iyunun 30-da Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə qarşı təşkil edilən sui-qəsd cəhdinin əsas şübhəlisi kimi axtarışda idi.

"Ukrainska pravda"nın mənbələri qadının güllələnərək öldürüldüyünü bildirir.

Mediada yayılan xəbərlərə görə, polis artıq qətldə şübhəli bilinən iki nəfəri saxlayıb. Onlardan birinin Ukrayna Baş Kəşfiyyat İdarəsinin (QUR) hazırkı əməkdaşı, digərinin isə keçmiş hüquq-mühafizə orqanı işçisi olduğu bildirilir.