Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mərkəzi Afrikada mədən faciəsi - 107 nəfərin meyiti tapıldı - VİDEO

Mərkəzi Afrika Respublikasında qızıl mədəninin çökməsi nəticəsində azı 107 nəfər həyatını itirib.

Ölkədə ənənəvi üsullarla işlədilən qızıl mədənində çökmə olub.

Hadisədən sonra ərazidə torpaq sürüşməsi də qeydə alınıb.

Çökmə nəticəsində çox sayda mədənçinin dağıntılar altında qaldığı bildirilir. Axtarış-xilasetmə qrupları və yerli sakinlər tərəfindən aparılan işlər nəticəsində indiyədək dağıntılar altından 107 nəfərin meyiti çıxarılıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Mərkəzi Afrika Respublikasında qeyri-rəsmi və təhlükəsizlik standartlarına cavab verməyən qızıl mədənlərinin fəaliyyəti səbəbindən bu cür qəzalar tez-tez baş verir.