Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mask Rusiyanı ələ saldı - "Bon voyage"

“SpaceX”in yaradıcısı, amerikalı mühəndis və iş adamı İlon Mask öz “Twitter” səhifəsində Rusiyanın Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsindən çıxmaq planlarına münasibət bildirib.

Mask bu xəbərə cavab olaraq: “Yaxşı yol”, - yazıb.

Qeyd edək ki, Rusiyada 2024-cü ildən sonra layihədən çıxmaq və özlərin məxsus orbital stansiya yaratmaq planları açıqlanıb. Eyni zamanda, NASA BKS-dən 2030-cu ilə qədər istifadə etməyi düşündüyünü bildirib.