Kremldən yeni səfərbərlik iddiasına münasibət
25 Avqust 2026
Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiyada yeni səfərbərlik gözlənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Rusiya mediası xəbər verir ki, D.Peskov sözügedən məlumatları təkzib edib.
O, həmin məlumatların Ukrayna tərəfindən yayıldığını və həqiqəti əks etdirmədiyini söyləyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev də ölkədə yeni səfərbərliyə hazırlıq getməsi iddialarının yalan olduğunu deyib.