Logo
news content
User
Kateqoriyalar

Xəbər

Klintondan etiraf: Silah çatışmazlığı səbəbindən çətin vəziyyətdəyik

ABŞ İranla münaqişə zamanı həddindən artıq çox silah sərf edib ki, bu da Vaşinqtonu çətin vəziyyətə salıb.

Bu barədə ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Hemptons İnstitutunda keçirilən tədbirdə bildirib.

O deyib: "Biz İranda çoxlu sursat sərf etmişik və şübhəsiz ki, Fars körfəzindəki müttəfiqlərimizə çoxlu sursat göndərmişik. Buna görə də çətin vəziyyətdəyik, çünki gözlənilməz təhdidlərə adekvat cavab verə bilmirik. Özümüzü dərin çuxura salmışıq".

Xatırladaq ki, Amerika mediası əvvəllər İranla münaqişə zamanı ABŞ-nin silah ehtiyatlarının rekord həddə azaldığını bildirib. Söhbət "Patriot" hava hücumundan müdafiə sistemləri raketlərindən və THAAD kompleksləri üçün tutuculardan, həmçinin ATACMS və "PrSM" uzun mənzilli raketlərdən gedir.