Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevə dron hücumu zamanı 2 azərbaycanlı həlak olub, bir neçə azərbaycanlı yaralanıb

Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı 2 azərbaycanlı həlak olub.

Ölən şəxslərdən biri 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.

Bundan başqa, Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.

Hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.

O, bazarda ticarətlə məşğul olurmuş.

Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir. (Report)