Kim Çen Inın bacısı Yaponiyanı zərbə ilə hədələyib
20 Avqust 2026
Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
"Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək", - o bildirib.
Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın "hərbi ekspansiya" cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə hesab edərək onları ciddi şəkildə izləyir.