Kanada Ontario gölünün adını dəyişmək niyyətində deyil
28 Avqust 2026
ABŞ-nin addımlarına baxmayaraq, Kanada Ontario gölünün adını dəyişdirməyəcək.
Kanadanın Baş naziri Mark Karni bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ontario gölünün adı vendat dilindəki "Ontari`io" sözündən gəlir və bu da "göl gözəldir, göl böyükdür" mənasını verir. Bu adın 400-dən çox yaşı var - o, həm Kanada Konfederasiyasının yaradılmasından, həm də ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulundan əvvəl yaranıb", - M.Karni yazıb.
Kanadanın Baş naziri vurğulayıb ki, ölkə vətəndaşları Birləşmiş Ştatlarla həmsərhəd ərazilərin adını özləri seçəcəklər: "Biz bilirik ki, ABŞ dəyişir. Onun ticarət münasibətləri, xarici siyasəti, milli abidələri və hidronimləri dəyişir".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 27-də Ontario gölünün adının dəyişdirilərək "Amerika gölü" (Lake America) adlandırılması haqqında fərman imzalayıb.