İranla danışıqlar aparmırıq və niyyətimiz də yoxdur - ABŞ Prezidenti
18 Avqust 2026
Vaşinqton İranla danışıqlar aparmır və aparmağı planlaşdırmır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"İran İslam Respublikası ilə heç bir danışıqlar və ya təmaslar yoxdur və planlaşdırılmır", - Tramp yazıb.
Onun sözlərinə görə, İranın hərbi-dəniz blokadası tam qüvvədədir. Bununla belə, Hörmüz boğazı açıqdır və fəaliyyətini davam etdirir.
"Bütün dəniz minaları təmizlənib və ya zərərsizləşdirilib", - o qeyd edib.