“İranda inflyasiya 350 faizdir, nə olacağını görəcəyik”
22 Avqust 2026
“İran razılaşmaq istəyir, amma hələ düzgün razılaşmaya hazır deyil”.
Bunu ABŞ Prezidenti Donald Tramp Cənubi Karolinaya yola düşməzdən əvvəl Endryus Birgə Hərbi Bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Tehranın ciddi iqtisadi problemlərlə üzləşdiyini söyləyib: “Onların pulu yoxdur. Donanmaları yoxdur, hava qüvvələri yoxdur. Əsgərlərinə və polislərinə maaş verə bilmirlər. İnflyasiya 350 faizdir. Ona görə də nə olacağını görəcəyik”.
Hörmüz boğazı və ətraf ərazilərlə bağlı da danışan Tramp ABŞ-nin bölgədə tam nəzarətə malik olduğunu bildirib: “Hörmüz boğazına və həmin bölgəyə tam nəzarət bizdədir”, - ABŞ lideri bildirib.
Tramp İranla mümkün razılaşmaya da münasibət bildirib: “İran, həqiqətən, razılaşmaq istəyir. Amma mənim fikrimcə, onlar hələ düzgün razılaşmaya hazır deyillər”.