Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran yenidən bombalanıb

ABŞ-nin İranın Hörmüzqan əyalətinin bir sıra bölgələrinə endirdiyi yeni zərbələr nəticəsində bir nəfər həlak olub.

"Tasnim" agentliyi xəbər verir ki, əyalət administrasiyasındakı məlumatlı mənbə axşam saatlarında bir neçə ərazinin, o cümlədən Qeşm adasının hücuma məruz qaldığını təsdiqləyib.

Zərbələrdən sonra bu ərazilərdə bir neçə partlayış səsi eşidilib.

Mənbənin sözlərinə görə, Bəndər-Ləngə dairəsinin Fərur bölgəsində MCI ("Hamrah-e Aval") mobil rabitə operatorunun əməkdaşı həlak olub, daha iki həmkarı yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

"Axios" portalının jurnalisti Barak Ravid isə ABŞ administrasiyasının nümayəndəsinə istinadən bildirib ki, Amerika hərbçiləri Hörmüz boğazı bölgəsində İranın raket sistemləri və hava hücumundan müdafiə kompleksləri, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerlərinə zərbələr endiriblər.

20:21

Bəndər Abbas limanı və Qeşm adasında bir neçə partlayış səsi eşidilib.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Bəndər Abbasın şərq tərəfindən və Qeşm adasının sahil zonasından bir neçə partlayış səsi eşidilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Qeşm adasının cənub hissəsinin sakinləri də bir neçə partlayış səsi eşitdikləri barədə məlumat veriblər:

"Partlayışların xarakteri hələ müəyyən edilməyib, əlavə məlumat veriləcək".