Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ABŞ-yə qarşı "Qiyamət günü müharibəsi"nə hazır olduğunu bildirib

İran diplomatik səyləri davam etdirməyə hazırdır, lakin ABŞ tərəfindən təcavüz davam edəcəyi təqdirdə, münaqişə "Qiyamət günü müharibəsi" miqyasına çatsa belə, mübarizə aparmaq niyyətindədir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçı "NBC News" telekanalının efirində deyib.

"Biz istənilən çağırışla üzləşməyə hazır olduğumuz qədər danışıqlar aparmağa da hazırıq. Bizə qarşı istənilən təcavüz qarşısında, hətta münaqişə "Qiyamət günü müharibəsi" miqyasına çatsa belə, qətiyyətlə dayanacağıq", - deyə Əraqçı vurğulayıb.

Xarici işlər naziri əlavə edib ki, İran ABŞ ilə 60%-ə qədər zənginləşdirilmiş uranla bağlı razılaşmanı müzakirə edə bilər. Lakin bu məsələ üzrə danışıqların aparılması üçün tərəflər arasında etimadın möhkəmləndirilməsi lazımdır.

"Biz 2025-ci və 2026-cı illərdə 60%-ə qədər zənginləşdirilmiş materiallarımızla bağlı razılaşma təklif etmişdik və əgər onlar xoş niyyətlərini və sülhə həqiqi sadiqliklərini sübut etsələr, bunu hələ də nəzərdən keçirmək mümkündür. Biz bütün nüvə məsələlərini daha sonrakı mərhələlərə keçirmək və hazırkı mərhələdə etimadın möhkəmləndirilməsinə çalışmaq qərarına gəldik", - deyə o bildirib.

Əraqçı qeyd edib ki, Tehranın təklif etdiyi yeddi günlük plan məhz Vaşinqtonla etimadın möhkəmləndirilməsinə yönəlib.