Logo
news content
User
Kateqoriyalar

Xəbər

İki saatlıq mehriban "müharibə" - ABŞ və Çin liderlərinin telefon danışığı olub

ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı olub. Telefon danışığı iki saatdan çox davam edib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Çin Sədri Si Cinpin ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasındakı hökumətlərarası işçi qrupunda əlaqələri davam etdirmək barədə razılıq əldə olunub.

“İki ölkə liderləri Çin və ABŞ işçi qrupları ilə dialoqu və əməkdaşlığı bundan sonra da davam etdirmək barədə razılıq əldə edib”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Liderlər Tayvan məsələsini müzakirə ediblər. ABŞ Prezidenti Tayvanla bağlı məsələdə ölkəsinin siyasətinin dəyişməyəcəyini deyib.

“Birləşmiş Ştatlar status-kvonun dəyişdirilməsinə və ya Tayvan boğazında sülh və sabitliyə xələl gətirməyə yönəlmiş birtərəfli səylərə qəti şəkildə qarşıdır”, - deyə Bayden vurğulayıb.

Çin Sədri isə Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir.

“1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.

İki saatlıq söhbət zamanı liderlər Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Çin Sədri bu məsələ ilə bağlı prinsipial mövqeyini ifadə edib.