Hörmüzdən keçən gəmilərin sayı 6 dəfə azalıb
17 Avqust 2026
Həftəsonu Hörmüz boğazından cəmi beş gəmi keçib, bu da əvvəlki göstəricidən 6 dəfə azdır.
Bu barədə "Reuters" agentliyi "Kpler" xidmətinin məlumatlarına istinadən bildirib.
Əvvəlki həftəsonu Hörmüz boğazından 31 gəmi keçib.
Qeyd olunub ki, ötən həftə Birləşmiş Ərəb Əmirlikləri İranın Əbu-Dabinin "Abu Dhabi National Oil Company" şirkətinə məxsus üç tankerə hücum etdiyini bildirdikdən sonra Hörmüz boğazından gəmiçilik demək olar ki, dayanıb.
Boğazdan keçən gəmilərin real sayı bir qədər çox ola bilər, çünki bir çoxları bu regionda izləmə sistemlərini söndürür. Yaxın Şərqdə münaqişənin eskalasiyası başlamazdan əvvəl Hörmüz boğazından 130–140 gəmi keçirdi.