Logo
news content
User
Kateqoriyalar

Xəbər

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü X sinifli partlayış qeydə alınıb.

Bu barədə Rusiyanın Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında deyilir.

Məlumata əsasən, partlayış oktyabrın 29-da təxminən saat 19:17-də başlayıb və 31 dəqiqə davam edib.

 

Mütəxəssislər bildirir ki, iki gün ərzində Günəşdə 28 zəif, orta və güclü partlayış baş verib.(Trend)