"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib
26 Sentyabr 2026
Ermənistan vətəndaşlarının yarısından çoxu (54,4%) respublika ərazisində Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qalmasının lehinə çıxış edib.
Bunu "Gallup International" xidməti tərəfindən təqdim olunan araşdırmanın nəticələri göstərir.
Vətəndaşların 39,7%-i qeyd edib ki, 102-ci Rusiya hərbi bazası ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistana lazımdır. 24,7%-i qeyd edib ki, hərbi baza Ermənistanda qalmalıdır, lakin onun yerləşdirilməsi şərtlərinə yenidən baxılmalıdır.
"Beləliklə, təxminən 54,4% hesab edir ki, hərbi baza Ermənistanda qalmalıdır", - "Gallup International"ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan sorğunun nəticələrinin təqdimatında bildirib.
Onun məlumatına görə, respondentlərin 28,9%-i qeyd edib ki, Rusiya hərbi bazanı çıxarmalıdır, sorğuda iştirak edənlərin 6,8%-i isə cavab verməkdə çətinlik çəkib.