FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib
29 Sentyabr 2026
FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib.
Bu barədə AFFA-dan məlumat verilib.
Funksioner Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı ölkəmizə gəlib.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da təşkil olunacaq.
Azərbaycan millisi AF qrupunda yer alıb. Yığma Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.