Logo
news content
User
Kateqoriyalar

Xəbər

FİFA Paredesi DÇ-2026-nın final matçından sonrakı hərəkətlərinə görə diskvalifikasiya edib

2026-cı il dünya çempionatının finalından sonra baş verən insidentlə bağlı futbolçuların cəzaları açıqlanıb.

FIFA qarşılaşmadan sonra apardığı uzunmüddətli araşdırmanın yekununda qərarını verib.

Argentina millisinin futbolçusu Leandro Paredes 10, Nahuel Molina 7, Tiago Almada və İspaniya millisinin üzvü Qavi isə 1 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, dünya çempionatının finalından sonra Argentina və İspaniya futbolçuları arasında mübahisə yaşanıb.

Xatırladaq ki, həlledici qarşılaşmada Avropa təmsilçisi rəqibini minimal hesabla məğlub edərək dünya çempionu olub.