Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Fənərbağça” azarkeşinin "Putin" şüarı gündəm oldu - VİDEO

“Fənərbağça” azarkeşləri Kiyev "Dinamo"su ilə matçda (1:2) buraxılan qoldan sonra Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

"Dinamo" ilk qolu vurandan sonra Türkiyə klubunun azarkeşlərindən biri "Vladimir Putin" qışqırmağa başlayıb. Daha sonra digər azarkeşlər buna alqışlarla dəstək verərək, şüarı qışqırmağa başlayıblar.

“Fənərbağça” azarkeşlərinin bu rəzil addımı dünya mediasında müzakirələrə səbəb olub.

Bu səbəbdən "Dinamo Kiyev"in baş məşqçisi Mirça Luçesku "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub etdikdən sonra mətbuat konfransına qatılmayıb.