Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Exit-poll": Qazaxıstan parlamentinə beş partiya daxil olur

Qazaxıstanda bazar günü ölkə parlamentinə keçirilmiş səsvermənin ilkin nəticələri müəyyənləşib.

 “Kazinform” xəbər verir ki, "exit-poll" məlumatları qanunverici orqana Ədalət Partiyasının, "Auıl" Partiyasının, Respublika Partiyasının, Ümummilli Sosial-Demokrat Partiyasının və "Akjol" Demokratik Partiyasının keçdiyini göstərir.

Seçicilərin səslərinin əksəriyyətini - 70 %-dən çoxunu Ədalət Partiyası toplayıb.

Qeyd edək ki, keçid həddi 5 %-dir.