Ermənistanda hərbçiləri maşın vurdu - 1 ölü, 6 yaralı
20 Avqust 2026
Ermənistanda bir qrup hərbçini maşın vurub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Geqargunik vilayətində qeydə alınıb. Belə ki, “QAZ-53” yük avtomobili naməlum səbəblərdən bir qrup hərbçiyə çırpılıb.
Qəza nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.
Məsələ ilə bağlı araşdırma aparılır.