Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Rusiya hərbçilərini Türkiyə ilə sərhəddəki nəzarət-keçid məntəqəsindən çıxarmaq istəyir

Ermənistan hakimiyyəti yaxın gələcəkdə Türkiyə ilə sərhəddəki "Axurik" sərhəd məntəqəsindən Rusiya hərbçilərini çıxarmaq niyyətindədir.

Bu barədə "News.am" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, "Axurik" nəzarət-keçid məntəqəsinin Ermənistan tərəfinə verilməsi haqqında qərar artıq qəbul edilib, ərazidə bayraq dirəyi quraşdırılıb. Qeyd olunub ki, Rusiya sərhədçiləri hələlik keçid məntəqəsində qalacaqlar.

"Digər mənbələrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara nəzarət-keçid məntəqəsinin ərazisində tikinti işlərinə başlayıb. Ümumilikdə bu addımlar, eləcə də "Axurik"in istifadəyə verilməsi ehtimalı tərəflərin yaxın gələcəkdə sərhədi açmaq niyyətlərinin ciddi olduğunu göstərir", - nəşr qeyd edib.