Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan və Bayden Qafqazı müzakirə edəcəklər




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden müzakirələr zamanı Qafqaz məsələsinə də toxunacaqlar.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Romada “CNN Türk”ün suallarını cavablandırarkən bildirib.

O, daha bir-iki gün İtaliyada qalacaqlarını deyib:

“Görüş burada da ola bilər, Birləşmiş Krallıqda da. Bu dəqiqləşdirilir. Təbii ki, vacib görüşdür. Qlobal bir çox məsələlər var: Əfqanıstan, Liviya, Suriya, Qafqaz, həmçinin ikitərəfli münasibətlər və müdafiə sənayesi müzakirə ediləcək, bir sıra başqa məsələrə də toxunulacaq”, - deyə prezidentin sözçüsü bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Zirvə görüşündə iştirak etmək üçün Romaya səfər edib. Onu bu səfərdə Türkiyənin birinci xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə və xəzinədarlıq naziri Lütfi Elvan, Türkiyə PA Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.(oxu.az)